Modern.az

Elçibəyin xanımının cənazəsi Naxçıvana yola salındı

Elçibəyin xanımının cənazəsi Naxçıvana yola salındı

Aktual

15 İyun 2019, 09:45

Əbülfəz Elçibəyin dünən Türkiyədə vəfat edən həyat yoldaşı Həlimə Əliyevanın cənazəsi Naxçıvana yola salınıb.

Cənazə gecə saatlarında İstanbul-Bakı reysi ilə Azərbaycana gətirilib.

Oğlu Ərturqut Əliyevin sözlərinə görə, anası doğma kəndi Kələkidə dəfn olunmağı vəsiyyət edib.

"Yeni-Müsavat"ın məlumatına görə, Həlimə Əliyevanın cənazəsini Naxçıvana aparmaq üçün prezident İlham Əliyev xüsusi təyyarə ayırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...