Bakıda ötən gecə 20 yaşlı gənc ürək nahiyəsindən bıçaqlanaraq öldürülüb.
Bu haqda Səhiyyə Nazirliyindən Modern.az-a verilən məlumatda bildirilib.
Hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 93 ünvanında baş verib:
Nazirlikdən bildirilib ki, təcili yardım həkimləri ünvana gələn zaman yaralının vəziyyəti çox ağır olub. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.