Modern.az

II Avropa Oyunlarının möhtəşəm bağlanışı - FOTOLAR

II Avropa Oyunlarının möhtəşəm bağlanışı - FOTOLAR

Aktual

1 İyul 2019, 00:18

Belarusun paytaxtı Minskdəki “Dinamo” Milli Stadionunda II Avropa Oyunlarının möhtəşəm bağlanış mərasimi olub.

Modern.az  APA-ya istinadən xəbər verir ki,  mərasimdə 4500-ə yaxın könüllü və təxminən 2000 idmançı iştirak edib.

Bağlanış mərasiminin icraçı direktoru Yevgeni Timaşukun rəhbərliyi altında gedən hazırlıqlar son anadək gizli saxlanılıb. Bu da tamaşaçılara sürprizlər yaşatmaq məqsədi daşıyır. Təşkilatçılar bu mərasimə hazırlıq uçun ötən gecə də məşq təşkil ediblər.

Bağlanış mərasimində çıxış edən Belarus prezidenti Aleksandr Lukaşenko Minsk 2019-u dostluq və birlik bayramı adlandırıb.

O bildirib ki, bu bayramı hər şeydən əvvəl özlərinə hədiyyə ediblər: "10 gün ərzində birlik ab-havasını siz idmançılar yaratdınız. Məşəli söndürməmişdən əməyi keçən hər kəsə, o cümlədən jurnalistlərə, hakimlərə, könüllülərə təşəkkürümü çatdırıram. Səkkiz min könüllünü itirə bilmərik. Onların bazasını hazırlamağı tapşırmışam. Azarkeşlərə də minnətdaram. Əziz qonaqlar, siz müharibəsiz, sakit şəraitdə yaşayan ölkədə oldunuz".

A. Lukaşenko Avropa Oyunlarının simvolu Lesik adlı tülküyə də təşəkkürünü bildirib və yarışa uzun və şərəfli ömür arzulayıb.

Tədbirdə müasir Belarusun nümayiş etdirilib.

Tədbir çərçivəsində keçiriləcək iştirakçı ölkələrin paradı zamanı Azərbaycan komandasının bayraqdarı karateçi Asiman Qurbanlı olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı