Modern.az

Zakir Həsənov Belarusa gedir

Zakir Həsənov Belarusa gedir

Aktual

1 İyul 2019, 18:23
Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Belarusun Müdafiə naziri, general-leytenant Andrey Ravkovun dəvəti ilə iyulun 2-də Minsk şəhərinə yola düşəcək.
 
Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Belarusun alman-faşist işğalçılarından azad olunmasının 75-ci ildönümü və Müstəqillik Gününə həsr olunan təntənəli tədbirlərdə iştirak edəcək.
 
Müdafiə nazirinin həmçinin bu ölkənin hərbi-siyasi rəhbərliyi ilə görüşləri və Azərbaycanın Milli Qəhrəmanı mayor Anatoli Davidoviçin ailə üzvlərini ziyarət etməsi nəzərdə tutulub.
 
Qeyd edək ki, iyulun 3-də Minsk şəhərində keçiriləcək hərbi paradda Azərbaycan Ordusunun hərbi qulluqçuları da iştirak edəcək. 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı