Modern.az

Daha 6 nəfər terrorun qurbanı oldu

Daha 6 nəfər terrorun qurbanı oldu

Aktual

1 İyul 2019, 22:18

“Taliban” silahlılarının Əfqanıstanın paytaxtı Kabilə hücumu zamanı 6 nəfər həlak olub.

Modern.az xarici mediaya  istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi  məlumat yayıb.

Məlumatda bildirilir ki, ölənlərdən ikisi polis əməkdaşları, dördü isə dinc sakinlərdir. DİN rəsmisi Nüsrət Rahimi bildirib ki, xəsarət alanların sayı 100-dən çoxdur. Yaralılar xəstəxanaya yerləşdirilib.

Rahimi əlavə edib ki, antiterror əməliyyatı zamanı silahlılar zərərsizləşdirilib. Partlayışın törədildiyi ərazidən 200-dən çox dinc sakin təxliyə edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı