Modern.az

“Azərbaycanın apardığı xarici siyasət Avropa İttifaqının maraq dairəsindədir” - Deputat

“Azərbaycanın apardığı xarici siyasət Avropa İttifaqının maraq dairəsindədir” - Deputat

Aktual

10 İyul 2019, 20:12

“Avropa İttifaqı  (Aİ) Şurasının Prezidenti Donald Tuskun ölkəmizə səfəri bu qurumla münasibətlərin qarşılıqlı maraqlar əsasında inkişaf etdiyini göstərir”.

Modern.az  xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, YAP-çı deputat Dilarə Cəbrayılova deyib.

O bildirib ki, bu səfərlə bir daha təsdiq olundu ki, ölkəmiz Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tərəfdaşdır: “Təkcə onu xatırlatmaq yetər ki, "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsinə Avropa İttifaqı ilk gündən dəstək verib, Azərbaycanla strateji tərəfdaşlığı, ticarət əlaqələrini davam etdirməkdə maraqlıdır. Eyni zamanda Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu, qəbul olunmuş ikitərəfli sənədlərdə də özünü aydın göstərir".

Deputat qeyd edib ki, müstəqil ölkəmizin yürütdüyü xarici siyasətin məzmunu Azərbaycanın siyasi kursunun tamamilə müstəqil olduğunu, milli maraqlarımızı, dövlətimizin qlobal miqyasda mövqelərini layiqincə qoruduğunu göstərir. Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət yalnız Azərbaycanın milli maraqlarına, ölkəmizin mövqelərinin möhkəmlənməsinə xidmət edir”.

O bildirib ki, Azərbaycanın apardığı xarici siyasət Avropa İttifaqının maraq dairəsindədir: “Düşünürəm ki, bu görüş Azərbaycan üçün böyük hadisədir. D.Tuskun Azərbaycana gəlişi əməkdaşlığımızın çox yüksək olduğunu göstərir. Hesab edirəm ki, bu səfər ikitərəfli əməkdaşlığın inkişafına da böyük fayda verəcək. Həmçinin, Tuskun ölkəmizə səfəri Aİ-nin Azərbaycana verdiyi dəyəri bir daha sübut edir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı