Modern.az

20 minə yaxın müəllim təkrar imtahana qatılıb

20 minə yaxın müəllim təkrar imtahana qatılıb

Aktual

25 İyul 2019, 12:17

Builki müəllimlərin işə qəbulu imtahanlarında 41 288 namizəd iştirak edib. İmtahanda iştirak edən namizədlərdən 18 881 namizəd (46%) uğur qazanaraq növbəti mərhələyə vəsiqə qazanıb.

 

Modern.az xəbər verir ki, bunu təhsil nazirinin müavini Məhəbbət Vəliyeva mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, uğur qazanan namizədlər arasında 3 nəfər maksimal (60 bal) nəticə göstərib.

 

"Bu il imtahanlarda 21 375 namizəd ilk dəfə, 19 913 namizəd isə təkrar olaraq iştirak edib. Bəzi namizədlər keçən il bir fənndən, bu il isə digər yaxın fənndən imtahan veriblər. Təkrar iştirak edən namizədlərin əksəriyyəti keçən ilki nəticələrdən daha yüksək nəticə qazanıblar".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı