Modern.az

“Qəbələ” doğma meydanda məğlub oldu

“Qəbələ” doğma meydanda məğlub oldu

Aktual

25 İyul 2019, 20:57

Avropa Liqasında II təsnifat mərhələsi çərçivəsində keçirilən “Qəbələ” “Dinamo” oyunu yekunlaşıb.

Modern.az xəbər verir ki,  oyunda daha iddialı olan Gürcüstan klubu 0:2 hesabı ilə qalib gəlib.


Qeyd edək ki, “Qəbələ” və “Dinamo” arasında cavab oyunu avqustun 1-də Tbilisidə keçiriləcək.

 

***

Avropa Liqasının II təsnifat mərhələsinin “Qəbələ” (Azərbaycan) – “Dinamo” (Gürcüstan, Tbilisi) oyununda ikinci hissə start götürüb.

Modern.az xəbər verir ki,  Qəbələdə təşkil olunan qarşılaşmanın 45 dəqiqəsindən sonra Azərbaycan klubu 0:1 hesabı ilə məğlub olur.

Qeyd edək ki, Qəbələdə təşkil olunan qarşılaşmanın 41-ci dəqiqəsində qonaqlardan Levan Kutalyanın zərbəsi dəqiq olub.

***

İyulun 25-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün ikinci təsnifat mərhələsi çərçivəsində “Qəbələ” komandası ilə Tbilisinin “Dinamo” klubu arasında oyuna start verilib.

 

Modern.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən görüşdə Azərbaycan komandasının heyətində ilk onbirdə Anar Nəzirov, Amin Seydiyev, İvitsa Juniç, Rasim Ramaldanov, Qismət Alıyev, Davit Volkov, Klesio Bauk, Ülvi İsgəndərov, Fernan Lopez, Yusif Nəbiyev, Merab Qiqauri yer alıblar.

 

Gürcüstan təmsilçisinin heyətində isə Xose Perales, Viktor Monxil, Davit Kobouri, Georgi Kuxianidze, Levan Şengeliya, Georgi Papava, Georgi Kimadze, Levan Kutalya, Nodar İaşvili, Nika Ninua, Nodar Kavtaradze meydana çıxıblar.

 

Oyunu Şotlandiyadan olan hakimlər idarə edirlər. Qarşılaşmanın baş hakimi Nikolas Uolş, yan xətt hakimləri isə Alan Malvanni və Cordan Stokoedir. Dördüncü hakim funksiyasını Qavin Dunkan yerinə yetirir.

 

“Qəbələ” bu mövsüm Avropa miqyaslı turnirdə ilk matçına çıxır.

 

Cütlüyün qalibi növbəti mərhələdə Hollandiyanın “Feyenoord” klubu ilə qarşılaşacaq.

 

Bu komandaların cavab görüşü avqustun 1-də Tbilisidə keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı