“Türkiyənin “BMC Otomotiv Sanayi ve Ticaret” AŞ şirkətindən alınan 300 avtobusun hamısı avqustda Bakıya gətirilməyəcək”.
Bunu Modern.az-ın sorğusuna cavab olaraq Bakı Nəqliyyat Agetliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib.
M.Ağayev qeyd edib ki, avtobusların bir hissəsi avqustda Bakıda olacaq:
“Digərləri isə hissə-hissə ilin sonunadək ölkəyə gətiriləcək”.
M.Ağayevin sözlərinə görə, hazırda Bakı şəhərində müntəzəm marşrut xətləri üzrə təxminən 2000-2020 ədədə yaxın avtobus gündəlik olaraq sərnişinlərə xidmət göstərir:
“Yeni avtobusların gətirilməsindən sonra Bakıdakı avtobus parkının xeyli hissəsi yenilənmiş olacaq. Yeni avtobusların uzunluğu 12 və 18 metrdir”.