Modern.az

Bakıda qatar taksi ilə toqquşub  - 2 nəfərin vəziyyəti ağırdı

Bakıda qatar taksi ilə toqquşub  - 2 nəfərin vəziyyəti ağırdı

Aktual

29 İyul 2019, 13:59

Zirə Qəsəbəsində (Qala yolu) qatar taksini vurub. İlkin məlumata görə hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin (SH) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, təcili yardıma çağırış 12:44-də gəlib:

“Hadisə yerinə 5 biriqada cəlb olunub. Qəza nəticəsində ağır yaralı olan 22 yaşlı qız qapalı kəllə beyin travması, yuxarı ətrafların sınığı diaqnozu ilə xəstəxanaya daxil olub. 20 yaşlı oğlan qapalı kəllə beyin travması alıb. Hər iki xəstə 3 saylı Şəhər Xəstəxanasına aparılıb.

Daha bir yaralı 38 yaşlı kişiyə sol qolun sıyrılmış yarası diaqnozu ilə yerində yardım edilib. 33 yaşlı kişiyə sol çiyinin və sol baldırın travması ilə yerində yardım edildikdən sonra hospitalizasiyadan imtina edib”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı