Modern.az

Ermənilər hərbi nəqliyyat vasitələrimizi atəşə tutdu

Ermənilər hərbi nəqliyyat vasitələrimizi atəşə tutdu

Aktual

29 İyul 2019, 15:09

Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam etməkdədir.

 

Dövlət Sərhəd Xidmətindən Modern.az-a verilən məlumata görə, 2019-cu ilin 28 iyul tarixində 22:00 radələrində döyüş mövqelərimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimiz düşmən tərəfindən növbəti dəfə atəşə tutulub.

 

Düşmən snayperləri tərəfindən açılmış güllələr üzərində “Hərbi tibbi yardım” sözləri yazılmış və qızıl aypara nişanının təsviri olan “UAZ” mar-kalı avtomobilə dəyib.

 

Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı