Modern.az

İslamşünaslığa qabiliyyət imtahanı başa çatdı

İslamşünaslığa qabiliyyət imtahanı başa çatdı

Aktual

31 İyul 2019, 17:16

“Bu gün Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) üçüncü ixtisas qrupu üzrə bakalavr pilləsinin İslamşünaslıq ixtisasına qəbul olunmaq istəyən abituriyentlər üçün təşkil olunan qabiliyyət imtahanı uğurla başa çatıb”.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov bildirib.

Rektorun sözlərinə görə,  onlar arasında ümidverici tələbələr daha çoxdur:

“Ümumilikdə bu ixtisas üzrə təhsil almaq üçün ayrılmış 36 yerə 133 abituriyent qeydiyyatdan keçmişdi. Onlardan 75 nəfər məqbul qiyməti aldı. Sevindirici haldır ki, onlar arasında ümidverici tələbələr xeyli çoxdur”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...