Modern.az

Bərdədə Tərtər sakini güllələndi

Bərdədə Tərtər sakini güllələndi

Aktual

2 Avqust 2019, 00:29

Bərdə rayonunda güllələnmə hadisəsi baş verib

Modern.az  "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Səyidyusifli kəndində qeydə alınıb.

Tərtər rayon Xoruzlu kənd sakini güllə yarasi ilə Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Rayon mərkəzi xəstəxanasından verilən məlumata görə, 3 güllə yarasi alan E. Nəcəfov əməliyyat olunub. Hazırda reanimasiya şöbəsində olan yaralının vəziyyəti orta ağırdır.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı