Paytaxtın Səbail rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Modern.az "Report"a istinadən xəbər verir ki, Bakı Dəniz Vağzalı qarşısında taksi fəaliyyəti ilə məşğul olan 1983-cü il təvəllüdlü Alhümbətov Vüqar Rəşid oğlunu "Prado" markalı avtomobil vuraraq hadisə yerindən qaçıb.
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.