Modern.az

Azərbaycanın Qırğızıstandakı səfiri Modern.az-a qarşıdurmadan DANIŞDI

Azərbaycanın Qırğızıstandakı səfiri Modern.az-a qarşıdurmadan DANIŞDI

Aktual

8 Avqust 2019, 10:35

“Qırğızıstanda baş verən hadisələr burada yaşayan azərbaycanlılar üçün hər hansı problem yaratmayıb. Mütəmadi olaraq soydaşlarımızla maraqlanırıq. Onların həyatına təhlükə yoxdur”.

Bunu Modern.az-a açıqlamasında Azərbaycanın Bişkekdəki səfiri Hidayət Orucov Qırğızıstanda baş verən hadisələrə münasibət bildirərkən deyib.


Hidayət Orucov Azərbaycan səfirliyinə hər hansı təhlükənin olmadığını da bildirib:

“Baş verənlər Qırğızıstanın daxili məsələsidir. Səfirlik olaraq öz işimizi davam etdiririk. İşçilərimiz tam olaraq mühafizə olunur”.


Xatırladaq ki, avqustun 8-nə keçən gecə Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin həbs olunması ilə bağlı əməliyyat ölkədə vəziyyəti gərginləşdirib.

Sabiq prezidentin tutulması ilə bağlı əməliyyatda bir xüsusi təyinatlı aldığı güllə yarasından xəstəxanada dünyasını dəyişib. Qırğızıstan mətbuatının yaydığı məlumata görə, qarşıdurmada yaralananların sayı 50-yə çatıb. 

Almazbek Atambayevi həbs etmək hələ də mümkün olmayıb. Sabiq prezidentin tərəfdarlarının bir hissəsi saxlanılıb.

Almazbek Atambayev korrupsiya, “qanuni oğru” Əziz Butukaevin qanunsuz azad edilməsi, vəzifədən sui-istifadə, torpaq sahəsinə qanunsuz sahib olmaq və digər maddələrlə ittiham edilir.

Almazbek Atambayev 2011-ci ildən 2017-ci ilədək Qırğızıstana rəhbərlik edib

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi