Modern.az

Tovuzda ağır qəza: 3 nəfər öldü

Tovuzda ağır qəza: 3 nəfər öldü

Aktual

9 Avqust 2019, 00:13

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az  APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Qəza zamanı "VAZ 21011", "Daewoo Nexia" və "Mercedes" markalı avtomobillər toqquşub.

Hadisə zamanı 3 nəfər dünyasını dəyişib. Bunlar "Mercedes" markalı avtomobilin sürücüsü, 1996-cı il təvəllüdlü Tovuz rayon sakini Müzəffər Hüseynzadə, digəri isə "Daewoo" markalı avtomobilin sürücüsü 1983-cü il təvəllüdlü Kamran Qasımovdur. Qəzada  ölən digər şəxs Mustafayeva Nailə Yolçu qızıdır.

Avtoqəza nəticəsində Murtuzəliyeva Aysel Əhməd qızı, Murtuzəliyeva Ayşən Əhməd qızı və Murtuzəliyev Vüqar Vüsal oğlu isə xəsarət alıb.

 



Hazırda araşdırmalar aparılır.

***

Saat 23:01


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı