Modern.az

Tovuzda ağır qəza: 1 ölü, 3 yaralı

Tovuzda ağır qəza: 1 ölü, 3 yaralı

Aktual

9 Avqust 2019, 19:15

Tovuz şəhəri ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.



Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, avqustun 8-də saat 23 radələrində Tovuz şəhəri ərazisində Aşağı Quşçu kənd sakini A.Abbasovun idarə etdiyi “VAZ-21011”, Qazqulu kənd sakini Kamran Qasımovun idarə etdiyi “Daewoo” və Abulbəyli kənd sakini Müzəffər Hüseynzadənin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

 

Nəticədə M.Hüseynzadə, K.Qasımov və onun sərnişinlərindən Cəlilli kənd sakini Nailə Murtuzəliyeva hadisə yerində ölüb, xəsarət almış digər üç sərnişin xəstəxanaya yerləşdirilib.

Tovuz RPŞ tərəfindən araşdırma aparılır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı