Modern.az

Pirşağıda dənizə uzanan hasarlar söküldü

Pirşağıda dənizə uzanan hasarlar söküldü

Aktual

9 Avqust 2019, 23:13

Pirşağıda dənizə doğru uzanan villaların hasaları sökülüb.

Modern.az  xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu məlumat yayıb.

Politoloq qeyd edib ki, Xəzərin hasarlanması problemi həll olunmasa da, 5 villanın  Xəzərin içinə qədər uzanan hasarlarının dənizə yolu qapadan hissəsi artıq sökülüb.

"Həyatımda ilk dəfə dənizin hasarlardan azad olan hissəsinə ayaq basdım, gəzişdim və ölçməyə başladım. Kubikdən tikilən hasarların dənizə uzanan hissəsləri 20-30 metr arasında sökülüb", - deyə Şahinoğlu bildirib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı