Modern.az

Bakıda 4 yaşlı uşaq  eyvandan yıxıldı

Bakıda 4 yaşlı uşaq  eyvandan yıxıldı

Aktual

9 Avqust 2019, 23:45

Nəsimi rayonunda 4 yaşlı uşaq ehtiyatsızlıqdan eyvandan yıxılıb.

Modern.az  "Report"a istinadən xəbər verir ki, Nəsimi rayonu Hənifə Ələsgərov 11 ünvanında yaşayan 2015-ci il təvəllüdlü Məhərrəmov Hüseyn Kənan oğlu 2-ci mərtəbədən yıxılaraq ağır xəsarət alıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Ona hər iki almacıq və çənə sümüyünün sınığı diaqnozu qoyulub və reanimasiyaya yerləşdirilib. 4 yaşlı uşağın vəziyyətinin ağır olduğu bildirilir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı