Modern.az

Valideynlərə XƏBƏRDARLIQ: “Məktəbli uşaqlara düzgün oturmağı öyrədin!”

Valideynlərə XƏBƏRDARLIQ: “Məktəbli uşaqlara düzgün oturmağı öyrədin!”

Aktual

28 Avqust 2019, 14:39

“Yeni dərs ili başlayır. Uşaqlara düzgün oturma qaydalarını evdə öyrətmək lazımdır”.


Modern.az
-ın məlumatına görə, bu fikirləri pediatr Vaqif Qarayev deyib.

Pediatrın sözlərinə görə,  hər şeyi məktəbin üzərinə yükləmək də doğru deyil:

“Xüsusən ibtidai sinif şagirdləri düzgün oturmağı öyrənməlidir. Hər şeyi məktəbin (müəllimin) boynuna yükləmək düzgün deyil. Çiyinlər bu və digər tərəfə əyilməməlidir. Dirsəkdən aşağı (said nahiyəsi) hər iki əl masanın (partanın) üzərində olmalıdır. Uşağın gözü ilə masa (parta) arasındakı məsafə 30-35 sm olmalıdır.
Yoxsa qamət pozğunluğu qaçılmaz olacaq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı