Modern.az

İsrail Azərbaycana dron göndərib? - XİN məlumatı yalanladı

İsrail Azərbaycana dron göndərib? - XİN məlumatı yalanladı

Aktual

30 Avqust 2019, 15:37

Təəssüflə qeyd etmək istərdik ki, bəzi xarici media resurslarında İsrail dronlarının İraq və İrana hücum edilməsi məqsədilə Azərbaycana gətirilməsi ilə bağlı tamamilə əsassız məlumatlar tirajlanmağa davam edir.

 

Bunu Modern.az-a Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib.

 

L.Abdullayeva qeyd edib: "Biz bu məlumatı qətiyyətlə rədd edirik, bu məlumatların heç bir əsası yoxdur və dezinformasiya məqsədi daşıyır".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...