“Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Tbilisi şəhərində 20 dekabr 2011-ci il tarixdə imzalanmış yeddinci iclasının Protokoluna əsasən Gürcüstanın tədris Azərbaycan dilində aparılan ümumtəhsil məktəbləri və Azərbaycanın tədris gürcü dilində aparılan ümumtəhsil məktəbləri qarşılıqlı olaraq “Ana dili” və “Ədəbiyyat” dərslikləri ilə pulsuz təmin olunmalıdırlar”.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, dərsliklər soydaşlarımıza çatdırılacaq:
“Bununla əlaqədar olaraq, hər il olduğu kimi, bu il də yeni tədris ili ərəfəsində Gürcüstanın tədris Azərbaycan dilində aparılan ümumtəhsil məktəblərinin I-XI sinifləri üzrə şagirdlərin dərslik tələbatına əsasən 18 adda 20133 nüsxə dərslik və müəllimlərin dərsliklərlə işləməsi üçün nəzərdə tutulmuş 3 adda 489 nüsxə metodik vəsait ayrılıb. Həmin kitablar yaxın müddətdə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə çatdırılacaq”.