ATƏT Parlament Assambleyasının (PA) payız iclasının vaxtı məlum olub.
Bu barədə Modern.az-a ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin sədr müavini Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, oktyabrın 3-dən başlayaraq 6-na kimi beynəlxalq qurumun 18-ci payız toplantısı öz işinə başlayacaq:
“ATƏT PA-nın payız toplantısı Mərakeşdə baş tutacaq”.
Sədr müavini bildirib ki, ATƏT PA-ya qatılmaqla bağlı, hələ ki, planlar məlum deyil:
“Məlum olan kimi bu barədə açıqlama verəcəm”.