Vurğun Əyyubun cənazəsi Hövsan qəsəbəsindəki "Dədə Qorqud"qəbiristanlığında torpağa tapşırılıb.
***
Vurğun Əyyubla vida mərasimi sona çatıb. Mərasimdə mərhumun vəsiyyətinə uyğun olaraq saz çalınıb.
Modern.az-ın məlumatına görə, Vurğun Əyyubun cənazəsi "Ruhani" sədaları altında Hövsan qəsəbəsindəki "Dədə Qorqud"qəbiristanlığına yola salınıb.
***
Bu saatlarda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri mərhum Vurğun Əyyubla vida mərasimi keçirilir.
Modern.az xəbər verir ki, saat 16.00-da başlayan vida mərasimi mərhumun Xətai rayonu İlqar Zülfüqarov küçəsi, 29/42 a ünvanında (Məhəmməd Hadi küçəsi, 2-ci kvadratla üzbəüz binanın həyətində) yerləşən mənzilinin qarşısındadır.
Mərasimə Vurğun Əyyubun əqidə dostları, hərəkat yoldaşları və tanınmış simalar toplaşıblar.
Dəfn Hövsan qəsəbəsindəki "Dədə Qorqud" qəbiristanlığında olacaq.
Modern.az musavat.com-a istinadən mərasimdən fotoları təqdim edir: