Modern.az

Vətəndaşlar Səhiyyə komitəsinə müraciət etdi

 Vətəndaşlar Səhiyyə komitəsinə müraciət etdi

Aktual

24 Sentyabr 2019, 16:55

Bu gün Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik  Əhliman Əmiraslanov Parlamentdə vətəndaşları növbəti dəfə qəbul edib. 

 

Modern.az xəbər verir ki, qəbulda şəkərli diabet, sonsuzluq, inkişaf anomaliyaları və digər xəstəliklərin müalicəsi ilə bağlı müraciətlər olub. Səhhətindəki müxtəlif problemlərin həlli ilə bağlı Səhiyyə komitəsinə müraciət edən  insanlarla yanaşı, Əhliman Əmiraslanovun deputat seçildiyi 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən olan seçicilər də qəbulda iştirak ediblər. Seçicilər isə, əsasən sosial problemlər, işlə təmin olunma ilə bağlı müraciətlərini deputata çatdırıblar. Əhliman Əmiraslanov bütün müraciətləri ayrı-ayrılıqda dinləyərək qeyd edilən problemlərin həlli istiqamətində müvafiq addımlar atılacağını bildirdi.

 

Bununla yanaşı  bəzi problemlərin aradan qaldırılması məqsədilə vətəndaşlardan  sənədlər qəbul edilərək müvafiq orqanlara müraciətlərin hazırlanması  üçün göstərişlər verildi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı