Modern.az

Azərbaycana 7000 güllə keçirmək istədi, qarşısı alındı

Azərbaycana 7000 güllə keçirmək istədi, qarşısı alındı

Aktual

24 Sentyabr 2019, 18:11

Rusiya istiqamətindən Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes-Benz Viano" markalı avtomobilə gömrük baxışı keçirilib.

 

Komitədən Modern.az-a verilən məlumata görə,  yoxlama zamanı nəqliyyat vasitəsinin arxa yük yerinin sol tərəfindəki örtüyün altında və ön sağ oturacağın altında olan boşluqlarda 14 ədəd metal qabda üzərində "Exact Jumbo Heavy Diabolo" yazısı olan 7000 ədəd yarımkürə formasında tir tüfənginin gülləsi aşkar olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı