Modern.az

Zəlzələ qurbanlarının sayı 19-a çatdı: 300 yaralı var

Zəlzələ qurbanlarının sayı 19-a çatdı: 300 yaralı var

Aktual

24 Sentyabr 2019, 20:16

Pakistan-Hindistan sərhədində baş verən zəlzələ nəticəsində ölənlərin sayı artıb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki,  zəlzələ nəticəsində azı 19 nəfər ölüb, 300-dən çox insan yaralanıb.

Qeyd edək ki, bu gün Pakistanda 6,3 bal gücündə zəlzələ olub. Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə,  yeraltı təkanlar Lahordan 178 km şimal-qərbdə baş verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!