UEFA 2021-ci ildən keçiriləcək üçüncü dərəcəli klub turnirinin adını rəsmən açıqlayıb.
Modern.az xəbər verir ki, qurumun "Tvitter" səhifəsindəki məlumata görə, turnirin adı Konfranslar Liqası adlandırılıb. Bu, İcraiyyə Komitəsinin Sloveniyanın paytaxtı Lyublyanada keçirilən iclasında təsdiqlənib.
Yarışın formatı Çempionlar Liqasının formatı ilə (32 komanda, 8 qrup) oxşar olacaq. Qrup liderləri 1/8 finala birbaşa vəsiqə qazanacaq. İkinci yeri tutan komandalar isə pley-offa yüksəlmək üçün Avropa Liqasının qrupunda 3-cü olan komanda ilə qarşılaşacaq.
Konfranslar Liqasının qalibi növbəti mövsüm Avropa Liqasının qrup mərhələsində iştirak edəcək.