Modern.az

Millətlər Liqasının formatı dəyişdi - Azərbaycan C liqasında

Millətlər Liqasının formatı dəyişdi - Azərbaycan C liqasında

Aktual

25 Sentyabr 2019, 08:04

UEFA Millətlər Liqasının formatını dəyişib.

Modern.az xəbər verir ki, ötən mövsüm D liqasında çıxış edən Azərbaycan bu dəfə C liqasında mübarizə aparacaq.

Bundan başqa, 2020-21 mövsümündə A, B, C liqasının hərəsində 16 komanda mübarizə aparacaq. D liqasında isə ən zəif 7 yığma çıxış edəcək. Liqaların tərkibi aşağıda qeyd olunan kimidir:


A liqası: Portuqaliya, Hollandiya, İngiltərə, İsveçrə, Belçika, Fransa, İspaniya, İtaliya, Bosniya və Herseqovina, Ukrayna, Danimarka, İsveç, Xorvatiya, Polşa, Almaniya, İslandiya


B liqası
: Rusiya, Avstriya, Uels, Çexiya, Şotlandiya, Norveç, Serbiya, Finlandiya, Slovakiya, Türkiyə, İrlandiya, Şimali İrlandiya, Bolqarıstan, İsrail, Macarıstan, Rumıniya


C liqası:
 Yunanıstan, Albaniya, Monteneqro, Gürcüstan, Şimali Makedoniya, Kosovo, Belarus, Kipr, Estoniya, Sloveniya, Litva, Lüksemburq, Ermənistan, AZƏRBAYCAN, Qazaxıstan, Moldaviya


D liqası
: Cəbəllütariq, Farer adaları, Latviya, Lixtenşteyn, Andorra, Malta, San-Marino


Xatırladaq ki, 2018-19 mövsümündə ilk iki liqanın hərəsində 12, C liqasında 15, D liqasında 16 komanda mübarizə aparmışdı.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı