Sentyabr 17-də Goranboyda 16 yaşlı qızın qaçırılmasında istifadə olunan avtomobil və sürücü saxlanılıb.
Modern.az APA-ya istinadən xəbər verir ki, rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 16 yaşlı qızın qaçırılmasında iştirak edən, rayon sakini Bayramov İlqar Ələmşah oğlu idarə etdiyi “Mercedes” markalı, 22 BH 414 dövlət nömrə nişanlı avtomobilə ilə birlikdə saxlanılıb.
Yeniyetmə qızı evlənmək məqsədilə qaçıran şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilib.
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində “Pişən” ləqəbi ilə tanınan İlqar Mehdiyevin yeri Gəncə şəhərində müəyyən edilib.
Dərhal əməliyyat qrupu həmin yerə cəlb olunub. İlqar Mehdiyev tutularaq rayon polis şöbəsinə gətrilib. 16 yaşlı qızın isə vəziyyətinin normal olduğu bildirilir.
Qeyd edək ki, məlum hadisə rayonun Hazırəhmədli kəndində qeydə alınıb. Kənd sakini olan 16 yaşlı qız həmkəndliləri tərəfindən qaçırılıb.
Məlumata görə, yeniyetmə qızı fiziki qüsurlu şəxslə evləndirmək məqsədi ilə qaçırıblar.