Modern.az

Üç qızı maşın vurdu

Üç qızı maşın vurdu

Aktual

25 Sentyabr 2019, 08:38

Qazax rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Şıxlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən Mirzəliyeva Gülnur və Məmmədova Tamaşanı "VAZ-21099" markalı avtomobil vurub. Xəsarət alanların hər ikisinin 18 yaşı olduğu bildirilib.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Mingəçevirdə isə tələbəni maşın vurub.

Hadisə şəhərin M.Füzuli küçəsində qeydə alınıb. “VAZ-2109” markalı minik avtomobili yolu keçmək istəyən, Qəbələ rayon sakini Əhmədova Gülay Elşən qızını vurub. Piyada ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

G.Əhmədovanın tələbə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı