Modern.az

Dörd rayonda qaz təchizatı dayandırılıb

Dörd rayonda qaz təchizatı dayandırılıb

Aktual

25 Sentyabr 2019, 09:47

Bu gün Bakının Sabunçu və Xəzər rayonlarında təbii qazın təchizatı dayandırılıb.

Bu barədə Modern.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bu gün səhər saat 09:00-dan etibarən işlər başa çatanadək SOCAR-ın “Qaz İxrac” İdarəsinin balansında olan kəmərlərdə bir sıra təmir işləri ilə bağlı Sabunçu rayonunun Maştağa, Savalan qəsəbələri, Bağlar, Albalılıq bağ massivləri, Kanal qırağı ərazi, eləcə də Xəzər rayonu, Buzovna qəsəbəsi, Atçılıq yaşayış massivlərinin qaz təchizatına məhdudiyyətlər qoyulub.

Bundan başqa, bu gün səhər saat 09:00-dan etibarən aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi ilə bağlı Xaçmaz şəhərində bir qrup abonentin qaz verilişində fasilələr yaranıb.

Zəlzələdən sonra tikintisi başa çatdırılmış evlərin qaz sayğaclarının qaz şəbəkəsinə birləşdirilməsi işlərinin icrası ilə bağlı Ağsu rayonunun bir neçə yaşayış məntəqəsində də qaz təchizatı dayandırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı