Modern.az

Sabunçuda bölmə rəisi, müavini və sahə müvəkkili vəzifədən azad edilib - SƏBƏB

Sabunçuda bölmə rəisi, müavini və sahə müvəkkili vəzifədən azad edilib - SƏBƏB

Aktual

25 Sentyabr 2019, 10:49

Bakının Sabunçu rayon Polis İdarəsinin 3 vəzifəli şəxsi vəzifəsindən azad olunub.

 

Modern.az-ın məlumatına görə, bu barədə Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmrlər imzalayıb.

 

Nazirin əmrləri ilə Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Zaur Məmmədov, onun müavini, polis mayoru İlkin Ələkbərov və sahə müvəkkili işlərində yol verdikləri ciddi nöqsanlara görə tutduqları vəzifədən azad olunaraq sərəncama götürülüblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı