Modern.az

Azərbaycanda külli miqdarda narkotik dövriyyədən çıxarıldı

Azərbaycanda külli miqdarda narkotik dövriyyədən çıxarıldı

Aktual

25 Sentyabr 2019, 10:54

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində, Astara rayonunun Deqadi kəndi yaxınlığında Daxili İşlər Nazirliyinin Astara rayon şöbəsinin əməkdaşları ilə birgə keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ərazidə gizlədilən 1 ədəd bağlama aşkar olunaraq götürülüb.

 

Xidmətin Mətbuat Mərkəzindən Modern.az-a verilən məlumata görə, baxış zamanı bağlamada ümumi çəkisi 5 kq 95 qram olan “tiryək” narkotik vasitəsinin olması müəyyən edilib.

Narkotik vasitəni əraziyə gətirən və cinayətdə əlaqəsi olan şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrandan müharibə anonsu - Zərbə endirəcəyik!