Modern.az

Azərbaycan əhalisinin ölümünə səbəb olan XƏSTƏLİKLƏR

Azərbaycan əhalisinin ölümünə səbəb olan XƏSTƏLİKLƏR

Aktual

25 Sentyabr 2019, 11:43

Azərbaycanda əhali arasında ölümə səbəb olan xəstəliklər sırasında qan dövranı sistemi xəstəlikləri yenə də liderlik edir.

 

Modern.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ildə Azərbaycanda 57 250 nəfər dünyasını dəyişib ki, bu da 2015-ci illə (54 697) müqayisədə çoxdur.

 

Ötən il dünyasını dəyişənlərin 33 909-u (2015-ci ildə 32 825 nəfər) qan dövranı sistemi xəstəliklərindən, 8 718-i (2015-ci ildə 7 278 nəfər) yenitörəmələrdən, 1 826-ı (2015-ci ildə 1 712 nəfər) tənəffüs orqanları xəstəliklərindən, 2 772-i (2015-ci ildə 2 646 nəfər) travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən ölüb.

 

Əhalinin hər 100 000 nəfərinə düşən bütün səbəblərdən ölənlərin sayı üzrə də artım qeydə alınıb. Belə ki, 2018-ci ildə hər 100 min nəfər arasında 583 ölüm halı qeydə alınıbsa, 2015-ci ildə bu göstərici 574 olub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı