“Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirov Misir Parlament sədrinin birinci müavini əl-Seyyid Mahmud əl-Şəriflə görüşüb.
Diaspora sədri Misir ilə Azərbaycan arasında tarixi, mədəni, siyasi əlaqələrdən, Azərbaycandakı multikultural dəyərlərdən və tolerantlıq ənənələrindən söhbət açıb. Azərbaycanda müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlərboyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığını diqqətə çatdırıb.
S.Nəsirov görüşdə Azərbaycan həqiqətlərindən danışarkən, Xocalıda törədilən soyqırımından geniş söhbət açaraq, faciənin dünyanın bir çox ölkələri tərəfindən qəbul olduğunu qeyd edib. Əl-Seyyid Azərbaycana ettdiyi səfərlərdən söhbət açarkən, Azərbaycan dünyanın ən gözəl diyarlarından olduğunu qeyd edib.
Noyabr ayında nəzərdə tutulan dünyanın dini liderlərin qatılacağı konfransda iştirak etmək üçün Azərbaycana səfər edəcəyini açıqlayıb. O, bu vacib tədbirın, ondan qabaq Bakıda keçirilən bütün beynəlxalq irimiqyaslı tədbirlər kimi, ən yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirib və bu konfransın sivilizasiyalararası və dini dialoqun möhkəmləndirilməsinə böyük töhfələr verəcəyini diqqətə çatdırıb. O, hər zaman Azərbaycan diasporuna lazimi dəstəyi verməyə hazır olduğunu qeyd edib.
Son aylarda Azərbaycana səfər edən Misirli turistlərin sayının artması ölkələrimiz arasında əlaqələrin gündən günə inkişaf etdiyinin bariz nümünəsi olduğunu bildirib. Əl-Seyyid Mahmud əl-Şərif iki ölkənin parlamentləri arasındakı əlaqələri də yüksək qiymətləndirib və Parlamentlərarası dostluq qrupunun fəaliyyəti çərçivəsində görülən işlərin əməkdaşlığın dərinləşməsindəki rolunun əhəmiyyətini vurğulayıb.
Elnur Eltürk