Modern.az

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Aktual

25 Sentyabr 2019, 13:01

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha gözlənilən hava şəraiti ilə bağlı proqnozunu açıqlayıb.

Qurumdan Modern.az-a bildirilib ki, sentyabrın 26-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək, axşam arabir güclənəcək.


Havanın temperaturu Abşeron yarımadasında gecə 15-19, gündüz 24-28, Bakıda gecə 16-18, gündüz 25-27 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 756 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85 , gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 Havanın temperaturu gecə 12-17, gündüz 25-30, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti təşkil edəcək.


Tibbi-meteoroloji proqnoz


Sentyabrın 26-27-də Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü və temperaturun iqlim normasına yaxın olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı