Modern.az

Əli Həsənov: “Azərbaycan ordusu istəsə, Dağlıq Qarabağı işğaldan bir günə azad edər”

Əli Həsənov: “Azərbaycan ordusu istəsə, Dağlıq Qarabağı işğaldan bir günə azad edər”

Aktual

25 Sentyabr 2019, 14:57

“Azərbaycan ordusu istəsə, Dağlıq Qarabağı işğaldan bir günə azad edər. Amma Prezident İlham Əliyev yenidən qan tökülməsini istəmir”.


Modern.az
Trend-ə istinadən xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Həsənov Sumqayıtdakı Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər və Qubadlı rayon təşkilatlarının fəalları ilə görüşündə deyib.


Ə.Həsənov bildirib ki, torpaqlar işğaldan azad ediləcək:

"Ermənistanda hakimiyyətə Nikol Paşinyan gəldi. Məsələnin müsbətə doğru həll ediləcəyinə ümidimiz artdı. Amma Paşinyan da ağzına gələni danışır. Hamı bilsin ki, dövlətimiz Dağlıq Qarabağı hər an işğaldan azad edə bilər. Biz o torpaqları işğaldan azad edəcəyik".

Ə.Həsənov, həmçinin xaricdəki mühacir azərbaycanlıları tənqid edib. O qeyd edib ki, mühacirlər ələ alınıb, Azərbaycana qarşı istifadə edilirlər:

“Bu insanlara qarşı susmaq lazım deyil. İnzibati tədbir görməklə tərbiyə mümkün deyil. Bu, daha çox ictimai qınaq səviyyəsində olmalıdır”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı