Modern.az

Bakıda ən yüksək maaş verilən SAHƏLƏR

Bakıda ən yüksək maaş verilən SAHƏLƏR

Aktual

25 Sentyabr 2019, 15:23

2019-cu yanvar-iyul aylarınin ilkin məlumatlarına əsasən əvvəlki ilin müvafiq dövrünə nisbətən  Bakı şəhərində işçilərin orta aylıq nominal əməkhaqqı 3,7 faiz artaraq 819,4 manat olub.

 

Bu barədə Bakı Şəhər Statistika İdarəsindən Modern.az-a verilən məlumatda bildirilib.

Qeyd edilib ki, ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərə verilib.

 

Ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı