Modern.az

Maliyyə və mühasibat fakültəsində 600-dən yüksək bal toplayanların sayı artır - UNEC

Maliyyə və mühasibat fakültəsində 600-dən yüksək bal toplayanların sayı artır - UNEC

Aktual

25 Sentyabr 2019, 19:13

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin birinci kurs tələbələri ilə görüşlər keçirilib.

 

UNEC-dən Modern.az-a bildirilib ki, görüşlərdə tələbələrə UNEC-də həyata keçirilən yeniliklər barədə məlumat verilib, universitetin beynəlxalq əlaqələrindən, ikili diplom proqramlarından danışılıb. Bildirilib ki, tələbələr 4 il müddətində UNEC ilə yanaşı, Avropanın aparıcı universitetlərinin də diplomlarını əldə edə bilərlər.

 

Tələbələrə UNEC-in xüsusi təqaüd proqramlarından danışılıb. Qeyd edilib ki, imtahan sessiyasında fakültə fərqi olmadan hər kurs üzrə ən yüksək nəticə göstərən 15 tələbəyə ikinci əlaçı təqaüdü verilir. Həmçinin 600-dən yuxarı bal toplayaraq UNEC-ə qəbul olunan hər bir tələbə bir semestr boyunca universitet hesabına əlavə təqaüd alır.

 

Görüşdə son illər ən yüksək bal toplayanların UNEC-ə qəbul sayında ciddi irəliləyiş olduğu, bu il də II ixtisas qrupu üzrə 600-dən yüksək bal toplayan 313 abituriyentin məhz UNEC-i seçdiyi bildirilib. Onlardan 106 nəfərin Maliyyə və mühasibat fakültəsində təhsil aldığı, fakültə üzrə ən yüksək göstəricinin isə 661 bal olduğu bildirilib.

 

Qeyd edilib ki, Maliyyə və mühasibat fakültəsinə 2019/2020-ci tədris ilində 573 tələbə qəbul olub ki, onların da 299 nəfəri maliyyə, 224 nəfəri mühasibat uçotu və audit, 50 nəfəri isə statistika ixtisasını seçib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı