Modern.az

Elmar Məmmədyarov Kəşmir probleminin müzakirəsinə qatıldı

Elmar Məmmədyarov Kəşmir probleminin müzakirəsinə qatıldı

Aktual

25 Sentyabr 2019, 20:39

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Nyu Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında iştirak edib.

 

Xarici İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Elmar Məmmədyarov iclasda çıxış edərək Azərbaycanın beynəlxalq birliyin məsul üzvü qismində, Cammu və Kəşmir məsələsinin beynəlxalq hüququn norma və prinsipləri və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq, habelə beynəlxalq humanitar hüquqa tam hörmət etməklə sülh yolu ilə həllinin dəstəklədiyini ifadə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı