Modern.az

Nazir beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə etdi

Nazir beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə etdi

Aktual

25 Sentyabr 2019, 21:29

BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Beynəlxalq Münasibətlər və Dayanıqlı İnkişaf Mərkəzinin Prezidenti Vuk Yeremiç ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən  Modern.az-a  verilən məlumata görə, görüşdə V.Yeremiç Mərkəzin fəaliyyəti ilə bağlı Nazir Məmmədyarovu məlumatlandırıb.

Tərəflər mümkün əməkdaşlıq yolları və Azərbaycanın araşdırma mərkəzləri ilə Beynəlxalq Münasibətlər və Dayanıqlı İnkişaf Mərkəzinin birgə fəaliyyəti barədə ətraflı fikir mübadiləsi aparıb. Görüşdə, həmçinin, regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında müzakirələr aparılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı