Modern.az

Elmar Məmmədyarov xorvatiyalı həmkarı ilə müzakirə apardı

Elmar Məmmədyarov xorvatiyalı həmkarı ilə müzakirə apardı

Aktual

25 Sentyabr 2019, 22:28

Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirakı çərçivəsində Xorvatiyanın Xarici İşlər naziri Qordan Qrliç Radman ilə görüşüb.

Xarici İşlər Nazirliyindən  Modern.az-a  verilən məlumata görə, nazir Elmar Məmmədyarov xorvatiyalı həmkarını Xarici İşlər naziri təyinatı ilə bağlı təbrik etdi.

Tərəflər Azərbaycan-Xorvatiya əlaqələrinin cari vəziyyəti, o cümlədən iqtisadiyyat, turizm, enerji, mədəniyyət və humanitar sahədə əməkdaşlığa dair fikir mübadiləsi apardılar. İki ölkə arasında siyasi dialoqun mövcud səviyyəsindən məmnunluq ifadə olundu.

Ölkələr arasında qarşılıqlı yüksək səviyyəli səfərlərin ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulandı və nazir Elmar Məmmədyarov həmkarını Azərbaycana səfər etməyə dəvət etdi.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı