Modern.az

Bakıda avtobus qəza törətdi: Yaralılar var

Bakıda avtobus qəza törətdi: Yaralılar var

Aktual

25 Sentyabr 2019, 22:46

Bakıda avtobusda yıxılan qadın xəsarət alıb.

 

Modern.az-ın "Report"a istinadən xəbərinə görə, hadisə Nəsimi rayonu Füzuli küçəsində baş verib.

"Nissan Xtrail" markalı minik avtomobili qəfil şəkildə 79 saylı marşrut avtobusunun qarşısına çıxaraq əyləci basıb. Avtobusun sürücüsü qəzadan yayınmaq üçün saatda 14 kilometr sürətlə hərəkət edən nəqliyyat vasitəsini qəfildən saxlayıb. Bu zaman salonda olan sərnişin, 1993-cü il təvəllüdlü Kərimova Təbəssüm Əsəd qızı xəsarət alıb.

Ona tibbi yardım göstərilib və evə buraxılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı