Modern.az

ATƏT həmsədrləri yenə bölgəmizə gəlməyə hazırlaşırlar

ATƏT həmsədrləri yenə bölgəmizə gəlməyə hazırlaşırlar

Aktual

26 Sentyabr 2019, 08:31

ATƏT-in Minsk Qrupunun həmsədrləri (Rusiyadan İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endryu Şofer) BMT Baş Assambleyasının iclasında ayrı-ayrılıqda və birgə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan ilə görüşüblər.

Modern.az Trend-ə istinadən xəbər verir ki, ATƏT-in rəsmi saytındakı məlumata görə, həmsədrlər həmçinin ATƏT-in baş katibi Tomas Greminger, ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak və BMT-nin yüksək səviyyəli rəsmiləri ilə görüşüblər:

Bəyanatda qeyd olunur ki, həmsədrlər nazirlərə iyun ayında Vaşinqtonda keçirilən birgə görüşdən sonra, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı humanitar və təhlükəsizlik aspektləri üzrə Paris və Cenevrədəki son müşavirələrdən sonra fəaliyyətləri barədə məlumat veriblər:

"Həmsədrlər və nazirlər gərginliyi azaltması və barışığa və əsaslı danışıqlar üçün şərait yaradan əlavə tədbirləri müzakirə etməyə davam ediblər".

Həmsədrlərin yaxın vaxtlarda bölgəyə səfər etmək niyyətində olduğu da deyilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı