“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ölkəmizin inkişafı, xalqımızın əmin-amanlıq şəraitində yaşaması təmin edilib, vətəndaşların yaşayış səviyyəsi nəzərə çarpacaq dərəcədə xeyli yüksəlib. Ölkədə həyata keçirilən sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və bu amil ilk növbədə əhalinin güzəranının yüksəldilməsinə yönəldilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasını reallaşdırır”.
Modern.az xəbər verir ki, bunu YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev özünün “Facebook” səhifəsində yazıb.
Naqif Həmzəyev bildirib ki, ölkəmizin sürətli inkişafı bütün sahələrlə yanaşı nəqliyyat sektoru da müasirləşmə, yeniləşmə ilə müşayiət olunur.
“Son illər paytaxt Bakıda ictimai nəqliyyat şəbəkəsinin optimallaşdırılması işləri sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin də göstəricisidir. Bu baxımdan paytaxtın ictimai nəqliyyat sistemində yenilik olan Nəqliyyat Mübadilə Mərkəzlərinin yaradılması, Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin istifadəyə verilməsi paytaxt sakinlərinin və qonaqlarının təhlükəsiz, rahat daşınmasına xidmət edəcək, onlara göstərilən xidmətin səmərəliliyini və keyfiyyətini daha da yüksəldəcək”.
Millət vəkili paytaxtda sərnişindaşıma xidmətinin müasirləşdirilməsinə töhfə verən bu infrastruktur layihənin ölkənin bütün regionlarında, o cümlədən Gəncə şəhərində də həyata keçirilsini də təklif edib.