Modern.az

Qadınlar “Sənin hekayən bizim hekayədir” dedi

Qadınlar “Sənin hekayən bizim hekayədir” dedi

Aktual

26 Sentyabr 2019, 14:17

Dünən  bir qrup Azərbaycan qadınları və qeyri hökumət təşkilatlarının təmsilçiləri XXI əsr qadınları  İctimai Birliyinin təşəbbüsü ilə keçirilmiş “Sənin hekayən bizim hekayədir “ adlı aksiyaya  toplaşıblar.

 

Modern.az xəbər verir ki, “ana müxalifət” AXC Partiyasının rəhbərlərinin qadına qarşı törətdikləri işgəncəyə və bu cinayəti gizlətdiklərinə görə onlardan istefa tələb etdilər.

 

Aksiya iştirakçıları BMT sənədlərində qeyd edilən bir qadına qarşı zorakılıq dünya qadınlarına qarşı zorakılıq prinsipini əsas götürərək, törədilmiş bu cinayətdə hakimiyyət hərisləri olan Əli Kərimlinin və onun komandasının bilavasitə ortaq olmaqda təqsirli hesab etdilər.

 

Tədbir iştirakçıları qadınlara qarşı zorakılıqla məşğul olan bəzi qadın QHT-lərin susqunluğunu təəssüflə qınayaraq törədilmiş bu cinayətə İnsan Hüquqları üzrə Müvəkkil-Ombudsman Aparatının və Ailə, Qadın və Uşaq problemləri Komitəsinin münasibətinin bildirilməsini tələb etdilər.


Tədbirin sonunda Azərbaycanın qadın ictimaiyyətinə və İnsan Hüquqları ilə məşğul olan beynəkxalq təşkilatlara bu cinayətə münasibət bildirilməsi ilə bağlı müraciətlər də qəbul olundu.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı