Sentyabrın 26-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Milli Məclisdə vətəndaşları qəbul edib.
Millət vəkili qəbula gələn vətəndaşları dinləmiş, onları narahat edən məsələlərin bəzilərini yerindəcə həll etmiş, bəzi vətəndaşlara hüquqları izah olunmuşdur. Digər vətəndaşların müraciətlərini isə baxılması üçün aidiyyəti təşkilatlara göndəriləcəyini bildirib.
Vətəndaşların müraciətləri əsasən ailə-məişət və digər sosial məsələlərdən ibarət olub.