Modern.az

Azərbaycanla Belarus arasında əməkdaşlıq müzakirə edilib

Azərbaycanla Belarus arasında əməkdaşlıq müzakirə edilib

Aktual

26 Sentyabr 2019, 20:48

BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Belarus Xarici İşlər naziri Vladimir Makei ilə görüşüb.

Xarici İşlər Nazirliyindən  Modern.az-a  verilən məlumata görə, nazirlər Azərbaycan və Belarus arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin cari vəziyyəti, mövcud əlaqələrin genişləndirilməsi perspektivləri üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər bu ilin 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatının Zirvə görüşü və bu xüsusda həyata keçirilən hazırlıq tədbirləri, Azərbaycanın qarşıdan gələn üç il ərzində Hərəkata sədrliyi məsələlərini müzakirə etdilər.

Tərəflər, həmçinin Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi həyata keçiriblər.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...