Modern.az

Sumqayıtda 29 yaşlı gənci qətlə yetirənin kimliyi bilindi

Sumqayıtda 29 yaşlı gənci qətlə yetirənin kimliyi bilindi

Aktual

26 Sentyabr 2019, 22:27

Ötən gün Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsinin Fərrux Qayıbov küçəsində 1990-cı il təvəllüdlü Eldarov Şəhriyar Azad oğlunun bıçaqlanaraq öldürülməsində şübhəli bilinən şəxs müəyyənləşdirilib.

Modern.az  APA-ya istinadən xəbər verir ki, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Mətləb Qədirov tutularaq istintaqa təhvil verilib.

Qeyd edək ki, faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı